HR Konsultasiya Xidməti
HR konsultasiya iş görüşməsinə çağırılmış şəxslərin suallara düzgün cavablar verməsi, münasibət əsnasında düzgün mimika və jestika hərəkətlərindən istifadə etməsi, verilə biləcək suallara hazırlaşdırılması və s. məsələlər konsultasiya zamanı öyrədilir.
Cv Land HR Konsultasiya xidmətinin fərqi nədir?
Biz insanın özünü daha yaxşı tanımasına, bacarıqlarını, arzularını və dəyərlərini kəşf etməsinə imkan verən bu xidməti sizə gətirdik. Biz konsultasiyalarımızı xüsusi olaraq müştərilərimiz üçün hazırlayırıq ki, mənfi və müsbıt tərəflərinizi düzgün müəyyən edə bilək və müsahibə bacarıqlarınızı inkişaf etdirə bilək. Müştərilərimizə düzgün iş və şirkət seçmək, onların şəxsi təlim və inkişaf ehtiyaclarını müəyyən etməklə onlara rəhbərlik etməklə, uğurlu və məmnunedici karyeranı necə əldə etmək barədə məlumat veririk.
HR Konsultasiyaya nələr daxildir?
- Müştərilərimizə bacarıqlarını, maraqlarını və məqsədlərini kəşf etməyə kömək edirik.
- Biz sizə onlara hazırkı və ya yeni karyera strategiyalarını addım-addım tərtib etməyə imkan veririk.
- Müsahibədə olan sualları asanlıqla cavab verməyinizə imkan yaradırıq.
- Düzgün mimika və jestlərdən istifadə qaydalarını öyrədirik.