Vakansiyalar 2023

2023 vakansiyalara necə müraciət etmək olar?

Saytımızda 2023-cü ildə paylaşılan ən son vakansiyaları tapa bilərsiniz. Cv Land saytında bir çox kateqoriyalara məxsus iş elanları mövcuddur. Müxtəlif şirkətlərdən olan aktiv iş vakansiyalarına mail və ya link vasitəsilə keçid edib başvuru edə bilərsiniz. Hər gün yüzlərlə vakansiyalar qarşımıza çıxır. Bəs kariyeramızı inkişaf etdirmək üçün iş elanlarına necə müraciət edə bilərik ki, bu bizim iş həyatımızda doğru seçim olsun. Karyera planlaşdırarkən düzgün iş seçimi çox vacibdir. İş yeri sizin üçün nə qədər dar olsa da, müraciətinizi çox peşəkar və möhkəm şəkildə etmək işə qəbul prosesində kömək edəcək. Əgər işə necə müraciət edəcəyiniz haqqında düşünürsünüzsə, sizə ətraflı məlumat vermək istərdik. 

Vakansiyalarda düzgün vəzifə seçimi

İşə düzgün müraciət etmək üçün ilk növbədə sizə ən uyğun iş yerini müəyyənləşdirməlisiniz. Təəssüf ki, sizə və ya peşənizə uyğun olmayan iş müraciətlərində yüksək keyfiyyətli və peşəkar şəkildə getsəniz də, təəssüf ki, uğurlu nəticə əldə edə bilməyəcəksiniz. İşə qəbul alsanız belə sevmədiyiniz iş üçün çalımaq sizə qorxulu yuxu kimi görünəcəkdir.Buna görədə vakansiyalara müraciət edərkən bu başlığl mütləq nəzərdən keçirin

Vakansiyalar üçün CV-nin hazırlanması

CV hazırlamaq iş elanına müraciətdə ən vacib məqamdır. CV-yə daxil edəcəyiniz bütün məlumatlar böyük əhəmiyyət kəsb etsə də, Cv-land.az vasitəsilə qısa müddət ərzində keyfiyyətli və peşəkar CV hazırlayada bilərsiniz. CV yazma texnikaları mövzumuza daxil etdiyimiz məlumatlara diqqət yetirdiyiniz zaman iş müraciətlərinizin uğurlu olmasını təmin edə bilərsiniz.

vakansiyalar 2023

Vakansiyalara müraciətə hazırlıq

Müraciət etdiyiniz vakansiyadan müsbət geri bildirim gəlibsə artıq 1 ci mərhələdən kifayət qədər uğur qazanmısınız. Arrtıq ikinci mərhələyə, yəni müsahibəyə hazırlıq hissəsinə keçə bilərsiniz. Bu barədə ətraflı məlumatı Müsahibədə uğurlu olmaq üçün məsləhətlər bloqumuzdan yararlana bilərsiniz 

2023-cü il üçün iş elanlarına necə müraciət etmək olar?

Azərbaycanda bir sıra müəssisələr varki onların tez tez iş elnalarını görürük. Kifayət qədər böyük müəssisə olduğuna görə , olunacaq müraciətlərdə çətinləşir. Nəinki işə qəbul şansı, hətta müsahibəyə dəvət olunmağ belə bizə xəyal kimi görünür. Belə vakansiyalara cv faylımızı göndərərkən daha diqqətli olmalıyıq nəzərə alsaq ki , belə müəssisələr həddindən artıq seçici olduqlarından Cv faylınızdakı vəyaxud müsahibdəki kiçik səhviniz mənfi geridönüşlə nəticələnə bilər. Sadaladığımız böyük müəssissələrdən bir neçəsi haqqında danışaq.

Socar vakansiyaları

Socarda işə qəbul müsabiqəsi test imtahanından sonra panel müsahibəsi formasında təşkil olunur. Socar işə qebul prosesində namizədin müxtəlif bilik və bacarıqlarl , şirkətin korporativ ruhuna nə dərəcə uyğun olub ,olmadığı yoxlanılır. Namizədin sahə üzrə bilikləri , nəzəri və texniki suallarla ölçülür. Davranış göstəricilərini ölçülməsi üçün HR mütəxəssislər psixoloji danışıqlar apararaq , namizədin ünsiyyət , qərar qəbul etmə, problemin üstəsindən gəlmək kimi bacarıqlarını müəyyən edirlər

ARDNŞ – işə qebul prosesində uğurlu nəticə əldə etmək üçün bəzi tövsiyyələr edir

  • İşə qəbul olmaq istədiyiniz is elanına müraciət etməzdən əvvəl , tələbləri diqqətlə oxuyub analiz etdikdən sonra , elektron müraciət formunu doldurun
  • ARDNŞ və onun müracət ediyiniz təşkilat vəya müəssisənin təyinatı, tamamladığı layihələr haqqında ətraflı məlumat toplayın
  • Müsahibəyə dəvət aldıqdan sonra həmin vakansiyada ehtiyac olunan tələbləri müəyyən edin və görüş zamanı onları dilə gətirin
  • Hədəfləriniz haqqında danışmaqdan çəkinməyin. Nail olduğunuz işlər , kariyeranız la bağlı qayğılarınızı,gələcək hədflərinizi bildirin
  • Müsahibə zamanı geyiminizə diqqət edin. Bacardığınız qədər profesyonal olmağa çalışın

Bank vakansiyaları

Demək olarki , daxil olduğumuz hər is elani saytında hər hansı bir vəzifədə bank vakansiyaları qarşımıza çıxır. Bank sektoru böyük və gündən günə inkişaf edən , rəqəmsallaşan sahədir. Bank vakansiyaların çox hissəsi rəqəmsal və texniki işlər olur

Bankda işə qəbul prosesi 3 mrrhələdən ibarət olur

  • Test mərhələsi
  • İnsan Kapitalı Departamenti ilə müsahibə
  • Aidiyyatı struktur bölmənin nümayəndəsi ilə görüş

İlk növbədə vakansiyalar bölməsində özünüzə uyğun gələn vəzifəni seçib ,tərcümeyi hal/CV faylınızı İnsan resursları departmentinin təyin etdiyi gmail heabına göndərirsiniz.

İkinci mərhələdə HR mütəxəssisləri sizin bilik və təcrübələrinizi, müraciət etdiyiniz vakansiyaya nə dərəcədə uyğun olub olmadığını yoxlayır. müəyyən olunmuş keyfiyyətlərə cavab verən namizədlər test mərhələsinə haqq qazanır. Müraciət etiyiniz vakansiyadan asılı olaraq ,bu mərhələdə sizin riyazi, məntiqi və analitik düşünmə qabiliyyətiniz ölçülür

Test mərhələsini uğurla tamamlayan namizədlər iki mərhələdən ibarət olan görüşə dəvət olunur. İlk olaraq insan resursları mütəxəssisi ilə ikinci növbədə isə müraciət etdiyi vakansiyadan asılı olaraq aidiyyatı departmentin mütəxəssisləri ilə müsahibə keçirilir.

Dövlət qulluğu vakansiyaları

Dövləq qulluğu imtahanı ölkəmizdə DİM in təşkilatçılığı ilə həyata keçrilir. Imtahan və müsahibə şərtləri dövlət standartlarına uyğun olaraq həyata keçirilir. Dövlət qulluğu imtahan və müsahibə şərtlərini bu linkdən oxuya bilərsiniz.

2.8/5 - (391 votes)