niyə bu vəzifə

Niyə bu vəzifə ilə maraqlanırsınız?

İş müsahibələrində bəzi suallar var ki, müsahibələr soruşulmadan tamamlanmır. Bu gün biz HR mütəxəssislərinin doğru namizədi müəyyənləşdirmək üçün verdiyi ən vacib suallardan biri olan “Niyə bu vəzifə ilə maraqlanırsınız” sualına cavab veririk.

İş məğzini  başa düşdüyünüzə əmin olun

Müsahibə etdiyiniz vəzifəyə gəldikdə, ilk növbədə iş təsviri haqqında dəqiq bir təsəvvürə sahib olmalısınız. Yalnız bu şəkildə düzgün cavablar və suallar verə bilərsiniz. Vəzifə meyarlarını mənimsədikdən sonra asanlıqla cavab və ya sual verə bilərsiniz.

 

Həyəcanınızı, işə olan həvəsinizi hiss etdirin

 

Əgər sizdən bu işə niyə maraq göstərdiyinizi soruşsalar, bu işə həqiqətən əhəmiyyət verməniz vacibdir. Unutmayın ki, bütün işəgötürənlər vəzifəyə və şirkətə bir şey əlavə etmək istəyən insanları işə götürmək istəyirlər. Odur ki, müsahibə verdiyiniz iş sizi həqiqətən həyəcanlandırırsa, qarşı tərəfə bunu hiss etdirməlisiniz.

 

Şirkətə yoxsa işə daha maraq göstərirsiniz?

Əgər işdə sizi həyəcanlandıran şey işləyəcəyiniz şirkətdirsə, cavabınız üçün daha çox çalışmalısınız. Təbii ki, daha önəmlisi, sizin üçün ən vacib şey “iş” olmalıdır; çünki gündəlik işinizin çoxu şirkət deyil, rolunuzun öhdəliklərini yerinə yetirməkdən ibarət olacaq.

 

Cavabınızın karyera yönümlü olasına fikir verin

Vərdiş edəcəyiniz vəzifəyə nələr əlavə edəcəyinizdən danışdıqdan sonra, vəzifənin karyeranıza hansı üstünlüklər gətirə biləcəyindən danışa bilərsiniz. Bu sizi planlı və qərarlı bir namizəd kimi göstərəcək.

 

Burada diqqətli olun!

 

İşinizin karyera planınıza necə uyğun gəldiyini təsvir edərkən, ondan başqa bir məqsədə çatmaq üçün bir pilləkən kimi istifadə etməyə çalışdığınız təəssüratını yarada bilərsiniz. Bu zaman seçdiyiniz cümlələrdə diqqətli olmaq lazımdır.

 

 Həqiqətəndə işə marağınız yoxdursa necə olacaq?

Bəzən sırf maddi səbəblərə görə həmin görüşdə ola bilərsiniz. Belə bir vəziyyətdə “Niyə bu vəzifə ilə maraqlanırsınız?” sualına cavab vermək çətindir. Ancaq işi əldən vermək istəmirsinizsə və bu işə bir növ marağınız və istedadınız varsa, bunu göstərməlisiniz. Əgər sizi həqiqətən maraqlandıran iş haqqında heç nə tapa bilmirsinizsə, başqa yerə müraciət etməyiniz daha yaxşı olar. Fərqli iş axtarmaq qərarına gəlsəniz, CV-land.com saytında vakansiyalar hissəsində sizin üçün minlərlə yeni iş elanı var.

Xal verərək fikrinizi bildirə bilərsiniz