müsahibədə fərqlənmək

Müsahibədə fərqlənmək üçün məsləhətlər

İş müsahibələrində yaratdığınız obrazın müsahibənin sonunda həmin işi əldə edə biləcəyinizi müəyyən etmək üçün kifayət qədər əhəmiyyətli olduğunu bilirsinizmi? müsahibədə fərqlənmək, yaddaqalan namizəd olmaq, xırda detallara fikir vermək böyük fürsətlərdən yararlanmağa imkan verə bilər.

Orijinal olun

İş müsahibələri çox vaxt stresli vaxtlardan biridir. Bu səbəbdən namizədlər ən xırda detalları qaçıraraq birdən-birə antipatik namizədə çevrilə bilirlər. Bu məqamda özünəməxsus üslubun olması vacibdir. Görünüşünüz, təbəssümünüz, mehribanlığınız və səmimi ünsiyyətinizlə özünəməxsus üslub yaratmalısınız.

Duyğulara toxunun

Namizəd olaraq əyləşdiyiniz masada qarşınızda oturan insanın da sizin kimi bir insan olduğunu və duyğularınızın yoluxucu olduğunu unutmayın. Bütün hissləriniz və rəftarlarınız güzgü kimi qarşınızdakı insana əks olunacaq. Buna görə də, qarşıdakı insanı yaxşı hiss etdirəcək bir münasibətdə olun. Müsahibə boyu pozitiv və enerjili olmağa davam edin. Bu, müsahibə verənə daha asan empatiya qurmağa imkan verəcək.

Açıq ünsiyyət qurun

Qapalı və qısa söhbətlərdən qaçaraq təmiz, sadə, açıq və dürüst bir ünsiyyət qurmağa diqqət edin. Dürüst olun və nə üçün belə düşünmədiyinizi, bu barədə düzgün hiss etmədiyiniz səbəbləri göstərərək mehribanlıqla izah edin. Müxalif fikirlərinizi ölçülü və düzgün şəkildə ifadə edə bilmək sizin işəqəbul prosesini ehtimalını aşağı salmaqdansa, sizi daha  yaddaqalan namizəd edir.

Bədən dilini müsbət tutun

İlk təəssüratda bədən dilinin nə qədər vacib olduğunu hamımız bilirik. Özünə güvənən bir duruşa, gülümsəyən üz ifadəsinə malik olmaq, hətta əl sıxarkən belə güclü, incə və ölçülü əl sıxma söhbətin müsbət başlamasına və bitməsinə töhfə verir. Mənfi, pessimist, etibarsız və bədbəxt bədən dilini əks etdirmək bütün müsahibənin darıxdırıcı, gərgin və qısa olmasına səbəb olacaq.

Balanslı və ölçülü olun

Hər bir mümkün məsələdə balanslı, ardıcıl və ölçülü olmağa diqqət edin. Çox uzun və ya çox qısa danışmamağa, çox rahat və ya şişirdilmiş geyinməməyə, böyük reaksiyalar və jestlər etməməyə, vəziyyətlərdə çox neytral olmamağa diqqət edin. Bu işin başlanğıcı mütləq tarazlıq və ölçü ilə bağlıdır. Unutmayın ki, balanssız olan tərəzi düzgün çəkilməyəcək.

5/5 - (4 votes)

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir